Astrologiyada bəzi bürclər özünəinamları və liderlik xüsusiyyətləri ilə seçilirlər.
AZXEBER.COM xəbər verir ki, astroloq Rəşad Hacıyev bu mövzu ilə bağlı sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, ən özgüvənli və lider ruhlu bürclər bunlardır:
4-cü yerdə – Oğlaq
Astroloq bildirib ki, Oğlaq bürcü çox disiplinli, məqsədini dəqiq bilən və idarəçilik qabiliyyətinə malikdir:
"Bir çox idarələrin başında məhz Oğlaq bürcündən olan insanların olduğunu görə bilərik”.
3-cü yerdə – Əqrəb
Əqrəb bürclərinin kiminə etibar edəcəyini yaxşı bildiyini qeyd edən Hacıyev onları "kontrolun özü” adlandırıb:
"Əqrəblər insanları yönləndirməyi, idarə etməyi bacarırlar. Hətta bəzən manipulyasiya da edə bilirlər”.
2-ci yerdə – Şir
Onların "krallar və kraliçalar” kimi tanındığını vurğulayan astroloq bildirib:
"Şirlər bir toplumun başında dayana bilən, soyuqqanlılıqları sayəsində möhtəşəm liderə çevrilən bürclərdir”.
1-ci yerdə – Qoç
Astrologiyadakı ilk bürc olan Qoçun əsl lider xarakterinə malik olduğunu qeyd edən Hacıyev əlavə edib:
"Qoçlar ikinci olmağı heç sevmirlər. Onlar çox qərarlı, bəzən bir qədər sərt və aqressiv ola bilirlər. Amma eyni zamanda səmimi və istiqanlıdırlar”.
Oksana