Astrologiyanın ən qəddar 3 BÜRCÜ

Astrologiyanın ən qəddar 3 BÜRCÜ
MARAQLI
12:15 22.08.2025
260
Bəzi bürclər astrologiyada qəddar olaraq bilinirlər.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə astroloq Rəşad Hacıyev öz sosial media hesabında paylaşım edib.
 
O, paylaşımında ən qəddar 3 bürc haqqında danışıb:
 
3-cü yer – Xərçəng
Xərçəng bürcü Ay tərəfindən idarə olunduğu üçün həm işıq, həm də qaranlıq tərəfi daşıyır. Onlar bəzən dünyanın ən mərhəmətli insanı ola bilsələr də, müəyyən hallarda sərt və qəddar davranış sərgiləyə bilirlər. İntriqaları sevmələri və heç nəyi unutmamaları ilə seçilirlər. Güclü enerjilərə sahib olan Xərçənglər həm astrologiyanın ən mərhəmətli, həm də ən qəddar bürclərindən biri hesab olunur.

2-ci yer – Oğlaq
Oğlaq bürcünün nümayəndələri soyuq və ciddi xarakterləri ilə tanınırlar. Onlar ətraflarında adətən emosional bir "divar" qururlar və bu divarın altında gizlənən mərhəmətli tərəflərini hər kəsə göstərməzlər. Bəzən gülərüz və ünsiyyətcil, bəzən isə çox soyuq ola bilirlər. Məntiqə əsaslanan yanaşmaları ilə seçilən Oğlaqlar, kin saxlamaqda da israrlı ola bilərlər. Onlar asanlıqla heç kəsi özlərinə yaxın buraxmırlar.

1-ci yer – Əqrəb
Astrologiyanın ən qəddar bürcü Əqrəbdir. Onlar xarici görünüşlərinə görə sərt və soyuqqanlı təsir bağışlasalar da, daxildə olduqca həssas olurlar. Qisas almağa meylli olmaları ilə tanınan Əqrəblər, eyni zamanda qarşılarındakı insanı asanlıqla manipulyasiya edə bilmək qabiliyyətinə malikdirlər".
 
Oksana
OXŞAR XƏBƏRLƏR