Merkuri retrogradı avqustun 12-də yekunlaşır.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
O, paylaşımında bildirib:
"Artıq fikir və hisslərinizi daha aydın ifadə edə, qarşı tərəfi daha düzgün anlaya biləcəksiniz. Təxirə salınmış mühüm danışıqlar və görüşlər üçün daha əlverişli şərait yaranır.
Yeni texnoloji cihazların alınması və ya mühüm rəqəmsal layihələrin başlanması üçün münasib dövr başlayıb. Retro mərhələsində imzalanması riskli hesab edilən müqavilə və razılaşmalar indi imzalana bilər.
Nəqliyyatda baş verən gecikmələr, bilet problemləri və plan pozuntuları azalır. Səyahət planları isə daha problemsiz şəkildə irəliləyəcək".
Oksana