Astroloq Dinçer Güner avqustun 27-də baş verəcək xüsusi səma hadisəsinə diqqət çəkib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Astrologiyada "cazimi” adlandırılan bu hadisə zamanı Merkurinin Günəşin "qəlbində” yerləşəcəyi bildirilir. Günerin sözlərinə görə, hadisənin ən güclü anı 27 avqust saat 20:00-20:05 arasında yaşanacaq.
Astroloq bildirib ki, Merkuri avqustun 27-də saat 14:15-dən avqustun 28-də saat 03:54-dək Günəşin təsir dairəsində olacaq.
Astrologiyada Merkuri düşüncə, ünsiyyət, yazı, öyrənmə və qərarverməni, Günəş isə iradə, məqsəd və hədəfləri simvolizə edir. Bu səbəbdən sözügedən dövrün insanlara düşüncələrini aydınlaşdırmaq və gələcək planlarını müəyyənləşdirmək baxımından təsir göstərə biləcəyi iddia edilir.
Dinçer Güner bu xüsusi vaxtda insanların söylədikləri sözlərə və düşündükləri fikirlərə diqqət etməli olduğunu vurğulayıb.
O, "Bunu bacarmaram”, "Olmaz” və "Mənim bəxtim gətirmir” kimi mənfi ifadələri təkrarlamaq əvəzinə, insanın həyatında həqiqətən nə istədiyinə fokuslanmasının vacib olduğunu bildirib.
Astroloq həmçinin arzuların yalnız düşünülməsini deyil, yazılmasını, planlaşdırılmasını və konkret hədəflərə çevrilməsini tövsiyə edib.
Hadisənin Qız bürcündə baş verməsi də astrologiyada xüsusi əhəmiyyət daşıyır. Qız bürcü iş həyatı, gündəlik rejim, planlaşdırma, nizam-intizam və peşəkar inkişafla əlaqələndirilir.
Bu səbəbdən 27 avqustun yeni iş sistemi qurmaq, layihələri planlaşdırmaq, karyera ilə bağlı qərarlar vermək, yarımçıq işləri toparlamaq və gündəlik rejimdə dəyişiklik etmək üçün uyğun vaxt olduğu bildirilir.
Güner xüsusilə saat 20:00-20:05 arasında mühüm bir niyyəti yazmağı, gələcək planlarını müəyyənləşdirməyi və qarşıya konkret məqsədlər qoymağı tövsiyə edib.
Onun fikrincə, münasibətlərdən karyeraya, maliyyə hədəflərindən dəyişdirilmək istənilən vərdişlərə qədər müxtəlif sahələrdə daha konkret və həyata keçirilə bilən planlar qurmaq mümkündür.
Qeyd: Astroloji şərhlər elmi proqnoz deyil və bu məlumatlar astroloqun şəxsi yanaşmasına əsaslanır.
Gülay











































