Astroloq Dinçer Güner, Oxatan bürcünün tam ayının başladığını ifadə edərək, bürclərə xəbərdarlıq edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu bnarədə o öz sosial media hesabında paylaşım edib.
O, paylaşımında bildirib:
"Bu tam ay enerjinizi, azadlığınızı və məqsədlərinizi şübhə altına almaq üçün əla fürsət təqdim edir. Oxatan bürcünün azad ruhu və kəşf etmək istəyi sizi həyatınızda yeni üfüqlərə baxmağa həvəsləndirəcək. İçinizdə macəraçı, öyrənməyə açıq tərəf ön plana çıxacaq. Marsın Şir bürcündə üçbucağı bu prosesi dəstəkləyir. Bu sizə cəsarət, qətiyyət və motivasiya verir. İstəkləriniz üçün addımlar atmaq, özünüzü ifadə etmək və risk etmək üçün lazım olan enerji bu dövrdə asanlıqla tapıla bilər.
Duyğusal olaraq tam ayın təsiri ilə ürəyinizi dinləyə və nə istədiyinizi daha aydın görə bilərsiniz. Münasibətlərdə dürüstlük və səmimiyyət ön planda olacaq. Mars sizi həvəsləndirəcək və utancaq davranışlardan qurtulmanıza kömək edəcək. Ola bilsin ki, uzun müddətdir gizlətdiyiniz hisslərinizi ortaya qoyub, cəsarətlə danışasınız. Yeni insanlarla tanış olmaq və ya mövcud münasibətləri canlandırmaq üçün yaxşı zamandır.
Öyrənmək istədiyiniz mövzuları araşdırmaq, yeni təlimlərə başlamaq və ya səyahət planları qurmaq üçün motivasiya ola bilərsiniz. Fiziki olaraq, Marsın Şir bürcündə canlılığı sizi enerjili və güclü edəcək. İdman, rəqs və ya yaradıcı fəaliyyətlərlə enerjinizi sağlam şəkildə sərf edə bilərsiniz. Karyera və maliyyə tərəfində tam ay yeni imkanlar və dəyişikliklərdən xəbər verə bilər. Yeni layihələrə cəsarətlə başlamaq və risk etmək üçün dəstək dövrüdür".
Oksana