Astroloqdan subaylara - Şad xəbər

Astroloqdan subaylara - Şad xəbər
SOSİAL
12:14 21.02.2024
152
Venera və Mars bu gün birlikdə hərəkət edəcək.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı məşhur astroloq Dinçer Güner sosial media hesabında paylaşım edib: 

"Bu birləşmə romantik münasibətlərdə emosional bağları gücləndirə bilər. Münasibətlərdə daha ehtiraslı və həyəcanlı bir dövr ola bilər. Bu bir neçə gün ərzində cazibə artacaq, yeni sevgi münasibətləri başlaya bilər və ya mövcud münasibətlərdə ehtiras yenidən alovlana bilər. Bu enerji sizə münasibətlərdə daha çox təşəbbüs göstərmək, addım atmaq və ya mövcud problemləri həll etmək üçün cəsarət verə bilər. 

Sevgi münasibəti yaşamaq bu dövrdə daha aktiv və zövqlü ola bilər. Yeni münasibətlər qurmaq və romantik bağlar qurmaq şansları arta bilər. Bədii əsərlər və estetik baxımdan xoş təcrübələr ön plana çıxa bilər. Yaradıcılığın artdığı bir dövrdür. Həmçinin gözəl əsərlər də ərsəyə gətirə bilərsiniz. 

Çölə çıxın, ictimailəşin, tədbirlərdə iştirak edin. Evdə pijamanızı geyinib oturmayın. Kainat hərəkəti sevir. 

Maliyyə qərarları qəbul edərkən daha cəsarətli addımlar ata bilərsiniz. Bu, yeni investisiyalar etmək və ya mövcud maliyyə strategiyalarını nəzərdən keçirmək üçün ideal vaxt ola bilər”. 

Oksana
OXŞAR XƏBƏRLƏR