Ağsu sakini fermada ağacla döyüldü

Ağsu sakini fermada ağacla döyüldü
HADİSƏ
22:45 11.05.2025
987
Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini, 1975-ci il təvəllüdlü Vasif Vahidov döyülüb.

Onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda istintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR