Ağsuda 31 yaşlı kişi qətlə yetirilib

Ağsuda 31 yaşlı kişi qətlə yetirilib
12:12 01.01.2026
151
Ağsuda qətl hadisəsi baş verib.

AZXEBER.COM APA-nin Şirvan bürosuna istinadən xəbər verir ki, dekabrın 31-də saat 23 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR