Ağsuda 43 yaşlı kişi güllələndi - Saxlanılan var

Ağsuda 43 yaşlı kişi güllələndi - Saxlanılan var
SOSİAL
22:51 31.05.2024
218
Bu gün saat 19 radələrində Ağsu rayonunda 43 yaşlı kişi güllələnib.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Nəticədə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR