Ağsuda ağır qəza - Ölən və xəsarət alanlar var

SOSİAL
09:40 10.12.2024
118
Ağsu rayonunda ağır yol qəzası baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon ərazisində 1960-cı il təvəllüdlü Bəbir Mehdiyevin idarə etdiyi "Vaz 21074” ilə 1987-ci il təvəllüdlü Emin Nağıyevin sürdüyü "Toyota Prius” toqquşub.

Nəticədə B.Mehdiyev hadisə yerində ölüb, onun avtomobilində olan 2014-cü il təvəllüdlü sərnişin Həsənli Ceyhun Vüqar oğlu, eləcə də E.Nağıyev və 1997-ci il təvəllüdlü sərnişini Mirzə Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağsu RPŞ-də cinayət işi başlanıb və istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR