Ağsuda ayı kənd sakinlərinə hücum edib

Ağsuda ayı kənd sakinlərinə hücum edib
SOSİAL
17:40 18.07.2017
879
Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.

Dilman kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov kəndin yaxınlığında  otlaqda iri buynuzlu mal-qaranı otararkən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri özlərini müdafiə etsələr də, naxıra girən ayının qarşısını ala bilməyiblər. Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb.

Sakinlər bildiriblər ki, kənd sakinləri və  kəndin mal-qarası tez-tez vəhşi heyvanların hücumuna məruz qalırlar: "Hazırda kənddə böyükdən kiçiyə hamı təlaş içindədir. Hər an ayı və digər vəhşi heyvanların kəndə hücum etməsindən, kiməsə xəsarət yetirməsindən qorxuruq. Vəhşi heyvandır, bu gün mal-qaranı parçalayırsa, sabah sakinlərdən birini parçalayacaq”.

OXŞAR XƏBƏRLƏR