Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü
SOSİAL
10:34 09.08.2021
275
Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

AZXEBER.COM xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.

Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
OXŞAR XƏBƏRLƏR