Ağsuda gənc göldə boğuldu

SOSİAL
12:33 14.07.2016
1454
Rayon sakininin meyiti aşkar edilərək təhvil verilib.
Ağsuda 22 yaşlı gənc göldə batıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 1994-cü il təvəllüdlü Ceyhun Əliqardaş oğlu Hasilovun meyiti batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR