Ağsuda güclü yanğın: xəsarət alan var

Ağsuda güclü yanğın: xəsarət alan var
SOSİAL
12:06 07.07.2017
842
Ağsu rayonunda güclü yanğın baş verib.

Hadisə rayonun Gürcüvan kəndində qeydə alınıb. Kənd sakinlərindən birinə məxsus "URAL" markalı yük avtomobili kənd ərazisində yüksək gərginlikli elektrik xəttinə toxunub.

Hadisə nəticəsində qısaqapanma yaranıb və avtomobildə yanğın başlayıb. Yanğın ətrafdakı iki fərdi yaşayış evinə də keçib. Sakinlərin müdaxiləsi nəticəsində evlərdə yanğının artmasının qarşısı alınsa da, yük avtomobili yanıb.

Yanğın zamanı kənd ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Hafiz Eldar oğlu Abbasov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Trend
OXŞAR XƏBƏRLƏR