Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb

Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb
SOSİAL
20:50 21.04.2018
10771

Ağsu rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə bu gün axşam saatlarında Ağsunun Navahı kəndi ərazisində qeydə alınıb. İki "VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu rayonu Qaraməmədli kənd sakini 1988-ci il təvəllüdlü Abbasov Yalçın Kazım oğlu, həyat yoldaşı 1994-cü il təvəllüdlü Pəri Abbasova, sərnişini 2000-ci il təvəllüdlü Abbasov Tacir Azər oğlu və digər avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Kərimov Mübariz Mikayıl oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

///Apa.az

OXŞAR XƏBƏRLƏR