Ağsuda karantin rejiminə rəğmən yas mərasimi keçirdilər - FOTO

Ağsuda karantin rejiminə rəğmən yas mərasimi keçirdilər - FOTO
SOSİAL
11:38 03.04.2021
409
Ağsuda yas mərasimi keçirilmək istəyən şəxslər müəyyən olunub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyini aşkar ediblər.

Həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb. 
 

 

 


OXŞAR XƏBƏRLƏR