Ağsuda maskalı şəxslər yanğınlar törədir: Polis hərəkətə keçdi

Ağsuda maskalı şəxslər yanğınlar törədir: Polis hərəkətə keçdi
SOSİAL
12:35 25.08.2021
1641
Ağsu rayonunda maskalı şəxslər kəndlərə hücum edib od vurur.

Bu barədə rayonun Bico və Keçdiməz kənd sakinləri iddia edib.

Bildiriblər ki, kəndlərdə peyda olan naməlum şəxslər evlərə və həyətyanı sahələrə od vurur. 
Qeyd edilib ki, son 10 gündə törədilən yanğınlar nəticəsində Keçdiməz və Bico kəndinin 2 min hektara yaxın ərazisi, meşə zolağı, Keçdiməz kəndində 4 həyətyanı sahə, 3 yardımçı tikili tam yanıb.

Sakinlər iddia edib ki, naməlum şəxslər əsasən gecə saatlarında qara paltar və qara maskada həyətlərə daxil olur, həyətyanı sahələrə və evlərə od vurub qaçırlar. Hadisə nəticəsində kənd sakinləri Qurban Əzimov, Bəxtiyar Əzimov və Seymur Vahidovun həyətyanı sahəsi, ot tayaları və çardaqları yandırılıb.
 
Sakinlər bildirirlər ki, bir neçə gün öncə maskalı şəxslər həmçinin Keçdiməz kəndində həyətə daxil olarkən ev sahibinin oğlu Kamran Əzimzadə ilə rastlaşıb. Maskalılar K. Əzimzadəyə hücum edərək onu döyüb, paltarlarını kəsici alətlərlə kəsərək hadisə yerindən qaçıblar.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, hadisə ilə bağlı nazirliyinin "102” Zəng Mərkəzinə müraciət edən rayonun Keçdiməz kənd sakinləri onlara məxsus daşınmaz əmlakın və ot bağlamalarının naməlum şəxs və ya şəxslər tərəfindən yandırıldığını, eləcə də bir nəfərin döyüldüyünü bildiriblər:
 
"Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və hazırda məsələ ilə əlaqədar araşdırma aparılır. Onu da qeyd edim ki, son günlər baş vermiş hadisələrlə əlaqədar həmin ərazidə polis naryadları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub”.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
00:56 12.10.2026
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
00:46 12.10.2026
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
00:34 12.10.2026
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
00:28 12.10.2026
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
00:18 12.10.2026
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
00:09 12.10.2026
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
00:03 12.10.2026
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
23:56 11.10.2026
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
23:50 11.10.2026
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
23:44 11.10.2026
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
23:34 11.10.2026
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
23:28 11.10.2026
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
“Slaviya” Bakıda
23:14 11.10.2026
“Slaviya” Bakıda
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
23:03 11.10.2026
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
22:57 11.10.2026
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
22:46 11.10.2026
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO