Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı

Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı
SOSİAL
19:34 27.03.2026
251
Ağsu rayonunda qadın meyiti tapılıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 23-də rayonun Muradlı kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.

Belə ki, sahədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. Araşdırmalar zamanı meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər - 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil veriliblər.

İlkin araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR