Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər - 1982-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992) xəsarət alıb.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.