Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir

Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir
SOSİAL
10:08 28.07.2023
173
Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində icra olunur.
 
Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:
 
Bakı şəhəri üzrə:
 
Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı
 
Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı
 
Nizami rayonu, Sahibəzzaman məscidi
 
Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı
 
Suraxanı rayonu, Qaraçuxur məscidi
 
Yasamal rayonu, Təzə Pir məscidi
 
Yasamal rayonu, Hacı Soltanəli məscidi
 
Binəqədi rayonu, İmam Əli məscidi.
 
Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunur.
 
Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
OXŞAR XƏBƏRLƏR