Ata 1 həftəlik uşağını yandıraraq öldürdü

DÜNYA
16:46 15.05.2013
1629

Sivasda 1 həftəlik uşağın başına gələnlər insanları dəhşətə gətirib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, yük maşını sürücüsü olan M.Ö 1 həftəlik uşağı yandıraraq öldürüb. Araşdırma nəticəsində məlum olub ki, ata öz körpəsini kasıblıq səbəbindən öldürdüyünü bildirib. Cinayət törədən ata hadisədən sonra stadiona futbol oyunu izləməyə gedib.

M.Ö körpəni öldürməsinə səbəb kimi maddi imkanının olmadığını göstərsə də polislər bu uşağın qeyri-qanuni olması səbəbindən öldürüldüyündən şübhələnir. Polislər uşağın yandırılmadan öncə zəhərlənmiş olduğu barədə məlumat verib.

OXŞAR XƏBƏRLƏR