Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürüldü

Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürüldü
SOSİAL
13:15 31.03.2022
306
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev etab edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a onun vəkili Telman Abdıyev deyib.

Onun sözlərinə görə, müvəkkili Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

A.Abdullayev cəzasını orada çəkəcək.

Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
OXŞAR XƏBƏRLƏR