Ata avtomobili aşırdı, oğlu öldü

Ata avtomobili aşırdı, oğlu öldü
SOSİAL
13:47 15.06.2020
622

Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report”a verilən məlumata görə, hadisə Fındıqlı-Qışlaq kəndi ərazisində baş verib.

Otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi "Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb.

Özü və digər sərnişini xəstəxanaya yerləşdirilib. 

OXŞAR XƏBƏRLƏR