Asğtafada ata 6 yaşlı oğlunu döyərək öldürüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub. Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər.
Anası və nənəsi uşağın atası tərəfindən döyülərək öldürlüdüyünü bildiriblər. Dərhal Polis Şöbəsinə məlumat verilib.
Hazırda hüquq mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparırlar.