Ata azyaşlı oğlunu velosiped oğurlamağa təhrik etdi - VİDEO

KRİMİNAL
14:09 11.08.2020
608
Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib.

Mahir Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib. Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Azyaşlı velosipedləri oğurlayandan sonra  atasına təhvil verib. Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb. Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Xırdalan şəhərində yetkinlik yaşına çatmayan  bir nəfərin dəyəri 600 manat olan bir ədəd mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb.

Polisin keçirdiyi əməliyyat zamanı bu cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib.

Qeyd olunan faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:01 28.09.2020

Ceyhun Bayramov: "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb”

11:59 28.09.2020

MN: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var

11:55 28.09.2020

Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi

11:52 28.09.2020

Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

11:51 28.09.2020

ABŞ-ın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

11:51 28.09.2020

Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

11:49 28.09.2020

ABŞ səfirliyindən cəbhədəki vəziyyətlə bağlı - Bəyanat

11:45 28.09.2020

Moldova prezidenti Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı müraciət edib

11:45 28.09.2020

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib

11:41 28.09.2020

Azərbaycanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi

11:40 28.09.2020

Ceyhun Bayramov: "Bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparılıb"

11:33 28.09.2020

Türkiyənin Müdafiə Nazirliyi: Hər zaman can qardaşlarımızın yanındayıq

11:32 28.09.2020

Cəbhənin Goranboy istiqamətində son vəziyyət - VİDEOREPORTAJ

11:29 28.09.2020

Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir"

11:27 28.09.2020

Bakı-Sumqayıt qatarının hərəkəti məhdudlaşdırılır

11:23 28.09.2020

Prezidentin köməkçisi: "Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib"

X Mostbet