Ata evindən sevdiyi adama qaçan qadın, ər evindən də başqasına qaçdı - FOTO

MARAQLI
01:02 15.02.2013
4826

Türkiyədə 2 aylıq evli olan gənc qız ərini ataraq başqası ilə qaçıb.

AZXEBER.COM-un verdiyi məlumata görə, D. E. adlı qız bu addımı toyundan 2 həftə sonra atıb.

Belə ki, 2011-ci ildə yaşı az olduğu üçün gələcək əri Soner E.-yə verilməyən D. E. ona qoşularaq qaçıb. 1 il sonra isə ailəsinin razılığı ilə rəsmi nikaha girib. 2013-cü il yanvarın 13-də isə gənc xanım evli və 2 uşaq atası olan başqa biri ilə qaçıb. Bunu eşidən Soner E. polisə şikayət edib.

Polis axtarış apararaq D. E.-ni tapıb. 2 uşaq atası olan Şenay S. isə özü polisə təslim olub və daha sonra sərbəst buraxılıb.

1 ay əvvəldən arvadına sevgililər günü üçün sürpriz hazırlayan Soner E. isə çox məyusdur. Xanımına tək qaşlı üzük alıb içinə adını yazdıran Soner bu hadisədən sonra mənəvi cəhətdən alt-üst olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR