Rusiyanın Primorski vilayətində pedofiliya və insestdə ittiham olunan yerli sakinə hökm oxunub.
AZXEBER.COM-un NEWSru.com-a istinadən verdiyi xəbərə görə, həmin şəxs azyaşlı nəvəsini zorlayıb.
Məlum olub ki, zərərçəkmiş qızın anası öz atasından 3 uşaq dünyaya gətirib. Məhkəmənin qərarı ilə müttəhim 13 illik həbsə məhkum edilib.
2013-cü ilin yazında 53 yaşlı məhkum Ussuriysk rayonunun kəndlərindən birində olarkən 12 yaşlı nəvəsinin köməksiz vəziyyətindən istifadə edərək onu zorlayıb. Cinayət barədə zərərçəkmişin anasının tanışlara, onların isə sosial xidmətlərə xəbər verməsindən sonra məlum olub. Sonuncular öz növbəsində məlumatı polisə ötürüblər. Cinayət işinin istintaqı zamanı bu barədə başqa şok detallar məlum olub. Belə ki, müttəhim uzun müddət öz qızı ilə bir yerdə yaşayıb və nəticədə onun 3 uşağının atası olub.