Mədənçi Uğur Büyükyıldız Hatay zəlzələ bölgəsində ata olacağı xəbərini alıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayda zəlzələ bölgəsində axtarışlar aparan mədənçi Uğur Büyükyıldız ata olacağı xəbərini alıb.
Ata olacağı xəbərini alan Uğur sevincini içində yaşadığını deyib: "Dağıntılar altında axtarış aparıb gəldikdən sonra dostlarımla soba başında söhbət edirdim. Yoldaşımdan zəng gəldi və hamilə olduğunu dedi. Sevindim amma düşünə bilmədim, acılı-şirinli bir sevinc yaşadım. Sevincimi içimdə yaşadım”.