Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb.
AZXEBER.COM xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.
1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.










































