Braziliyanın Goias əyalətində ata 11 yaşlı qızını zorlayan 23 yaşlı gənci döyərək öldürüb.Şəxsiyyəti məlum olmayan ata aylar boyunca kiçik qızına sosial media və Whatsapp-dan göndərilən mesajları oxuyub.Bundan sonra ata oğlanla üzləşməyə qərar verib. Atanın gənci döyərkən çəkdiyi görüntülər internetdə yayılıb.Braziliyada böyük maraq doğuran vəhşi görüntülərdə aldığı zərbələrdən dodaqları partlamış və bütün üzü şişmiş oğlan əsəbi atadan mərhəmət istəyib və bir daha belə bir şey etməyəcəyinə and içib.Görüntülərin internetdə nəşrindən üç gün sonra gəncin qanlı cəsədinin tapıldığını ancaq onu öldürən atanın şəxsiyyətinin hələ bilinmədiyini açıqlanıb.