Ata uşağını maşında unutdu: 6 aylıq körpə havasızlıqdan öldü

Ata uşağını maşında unutdu: 6 aylıq körpə havasızlıqdan öldü
DÜNYA
22:25 23.06.2018
15107
Kanadada avtomobildə unudulan 6 aylıq körpə dünyasını dəyişib.

Montrealda baş vermiş hadisə barədə polis sözçüsü Jan Pier Brabantməlumat verib. 
 
Adı açıqlanmayan ata körpəni baxçaya vermək əvəzinə maşında unudub. İşdən sonra körpəsini almaq üçün baxçaya gedən həmin şəxsə "Bu gün uşağınızı gətirməmisiniz" cavabı verilib. Daha sonra dərhal avtomobilə gedən ata körpəni huşsuz vəziyyətdə tapıb. Tibbi müdaxiləyə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. Ölüm səbəbi kimi havasızlıq göstərilib.

Qeyd edək ki, polis cinayət işinin hələ açılmadığını, istintaq prosesindən sonra buna qərar veriləcəyini deyib. Hər iki valideynin şok keçirdiyi, xəstəxanaya yerləşdirildiyi bildirilir.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR