Ər uşağının gözü önündə arvadını öldürdü

MARAQLI
12:47 15.11.2019
9002
Türkiyənin Konya şəhərində Suriya əsilli Mahmud El.H dini nikahlı arvadı Halidiye El.H-nı bilinməyən dava səbəbindən uşağının gözü önündə döyərək öldürüb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə saat 01:00 radələrində Tırılırmak Məhəlləsi Papatya küçəsindəki meydanda baş verib.
 
Mahmud El.H bilinməyən səbəbdən arvadı ilə dalaşmağa başlayıb.
 
İddiaya görə o, uşağının gözü önündə ağac parçası ilə Halidiye El.H-nı öldürüb. Taxtayla döydüyü arvadının ürəyi getdiyini düşünən ər, daha sonra onun ayılmadığını görüb qonşuları köməyə çağırıb və onlardan təcili tibbi yardıma zəng vurmağı xahiş edib.
 
Hadisə yerinə gələn həkimlər qadının öldüyünü bildirib. Gənc qadının cəsədi Konya Numune Xəstaxanasının morquna aparılıb. Mahmud El.H şübhəli şəxs qismində saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılıb.
 
Mələk Cabbar
OXŞAR XƏBƏRLƏR