"AtaBank”ın rəhbərliyində yeni təyinat olub.
AZXEBER.COM xəbər verir ki, "AtaBank” ASC-nin yeni yaradılmış Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə Oruc İbrahimov təyin edilib.
Qeyd edək ki, Oruc İbrahimov "AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib.