Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları

Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin  biznesmen övladları
SOSİAL
16:09 13.11.2018
11530
AZXEBER.COM sabiq nazirlərin biznesmen övladları ilə bağlı araşdırma aparıb. 

Araşdırma nəticəsində məlum olub ki:

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov "Caspian Crystal” şirkətlər qrupunun sahibidir. Atasının işdən çıxarılması və əsas kadrlarının həbsindən sonra şirkətin aqibəti ilə bağlı hər hansı məlumat olmasa da, zamanında bu şirkət ölkənin ən böyük biznes müəssisələri sırasında yer alıb. Şirkətlər qrupunun törrəmə müəssisəsi - "Crystal Motors” "Range Rover”, "Jaquar”, "Maserati” kimi dünya avtomobil markalarının Azərbaycanda rəsmi distribütoru olub.
 

 


Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov "Garant Holdinq”ə rəhbərlik edir. Bakı şəhəri, Sarabski küçəsi, məhəllə 657-də yerləşən şirkətlər qrupunun tərkibinə "Qarant Sığorta”, "Azbentonit”, "Ucar Aqro”, "M.Trans”, "Quba Resort” və digər şirkətlər daxildir. 
 

 


Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun oğlu Eldar Abbasovun Londonda şirkət yaratması ilə bağlı son günlər mətbuatda çeşidli informasiyalar yayılıb. İddialara görə, həmin şirkət  Birləşmiş Krallıq, London, City Road 160, Kemp House ünvanında yerləşir. Mətbuata açıqlamasında Eldar Abbasovun oğlu isə bu informasiyaları təkzib edib. 
 

 


Sabiq Energetika naziri, mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyev də iş adamıdır. Onun əsasən Türkiyədə fəaliyyət göstərdiyi deyilsə də, konkret hansı şirkətə sahib olduğu ictimaiyyətə məlum deyil. "Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edən müğənni Səfurə Əlizadə ilə evli olan Fərhad Əliyevin xanımı da paralel olaraq bizneslə məşğul olur.
 

 


Sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədova sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Paytaxtda məşhur moda evlərindən birini işlədən Fəridə Məmmədova sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır. 
 

 


Sabiq Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun oğlu Turqay Müslümlünün "Orion Group Azerbaijan” şirkətinə rəhbərlik etdiyi deyilir. "Edinburq” Universitetinin Maliyyə fakültəsini bitirən keçmiş nazir oğlu əsas diqqətini öz peşəsinə yönəldib və rəhbəri olduğu şirkət də bu istiqamətdə fəaliyyət göstərir.
 

 


Sonda bildirək ki, yazıda qeyd olunan məqamlar indiyə qədər mətbuatda dərc olunan və təkzib olunmayan informasiyalar əsasında hazırlanıb.

// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR