"Atalıq hisslərindən məhrum olanları tərbiyələndirmək üçün Aliment Fondunun yaradılması labüddür"
"Gəncə Regional Qadın Mərkəzi” İB-nin sədri Məleykə Əlizadə Azxəbər.com-a açıqlamasında Ölkədə gedən siyasətə ən çox təsir edən də əhalinin ümümilikdə sosial vəziyyətinin yüksəldilməsi üçün həyata keçirilən yeniliklərdir. Bunlardan biri və ən vacibi də Aliment Fondunun yaradılması ola bilər. Uyğun nazirlik sosial siyasət sahəsində məhz Aliment Fondunun yaradılması təşəbbüsü ilə xüsusi təkliflər paketini hazırlayaraq ölkə başçısına təqdim etməlidir. Beləliklə, tənha anaların və belə ailələrdə yaşayan uşaqların problemləri qismən həll olunacaq. Uşaq pulu bütün uşaqlara şamil ediləcək, övladının yaşam xərclərini ödəməkdən imtina edən, atalıq hisslərindən məhrum olanları isə tərbiyələndirmək üçün Aliment Fondunun yaradılması labüddür.
Aliment Fondunun yaradılmasında Skandinaviya ölkələrinin təcrübəsini tövsiyyə edərdim. Bu Fond müstəqil olmalıdır. Daha praktik olması üçün yeni bir model yaradılmalıdır. Əlbəttə ki, Azərbaycan qanunvericiliyinə uyğun da fəaliyyət göstərməlidir
Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.