"Atam can versə, yanına getməyəcəyəm" - Aysun

"Atam can versə, yanına getməyəcəyəm" - Aysun
MAQAZİN
11:40 07.01.2026
181
Müğənni Aysun İsmayılova heç zaman üzünü görmədiyi atası haqda danışıb.
 
AZXEBER.COM xəbər verir ki, o, heç vaxt atasını bağışlamayacağını deyib.
 
"Rəngarəng" verilişində qonaq olan Aysun çıxışında deyib:
 
"Bəzi xarakterlərim var ki, o mənim ana tərəfimdə yoxdur. Düşünürəm ki, atadan keçib. Bunlar da yaxşı xasiyyətlərdir. Fikirləşirəm ki, mən onlara (ata tərəf qohumları red. ) oxşamışamsa, onlar necə belə pis insan ola bilərlər? Atamın başına bir iş gəlsə mən onun bütün ehtiyaclarını maddi olaraq qarşılayaram. Qoymaram nəyəsə möhtac olsun. Mən övlad kimi ona haqqımı halal edirəm. Baxmayaraq ki, o, iki yaşımda bizi atdı və bir dəfə maraqlanmadı ki, bu uşaq nə yeyir, harda qalır? Amma son anlarını yaşasa belə, can versə də, onun yanına getmərəm. Çünki mənim onun bağlı heç bir mənəvi və duyğusal bağım, xatirələrim yoxdur. Küçədə görsəm, tanımaram".
 
Aysel

OXŞAR XƏBƏRLƏR