“Atam xərçəng olduğunu bilmədi” - Vahid Əliyevin oğlu danışdı

“Atam xərçəng olduğunu bilmədi” - Vahid Əliyevin oğlu danışdı
MƏDƏNİYYƏT
10:55 07.11.2025
1224
"Atamın öz xəstəliyinin ciddiyətindən xəbəri yox idi, biz ondan xərçəng olduğunu gizlədirdik".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ötən axşam vəfat edən Əməkdar artist Vahid Əliyevin oğlu Ramil Əliyev deyib.
 
O, bildirib ki, atası ağciyər xərçəngindən vəfat edib:
 
"Atamın belə tezliklə vəfat edəcəyini gözləmirdik. Son ana qədər çalışdıq, müalicəsini elədik. Düşünürdüm ki, ömrünü az da olsa uzada bilmişik. Atam heç vaxt xəstəliyini bilmədi, ondan xərçəng olmasını gizlədirdik. Təəssüf ki, xəstəlik onun ağciyərlərində idi və gözləmədiyimiz anda onu itirdik.

O deyib ki, atası bu gün dəfn ediləcək:
 
"Atamın müalicəsi üçün dövlətə müraciət etməmişdik, öz gücümüzə hər şeyi edirdik. Mən həm həkimlərimizə, həm atamın aktyor yoldaşlarına, onun çalışdığı teatra təşəkkürümü bildirirəm. Gəlib-gedirdilər, onu tək qoymurdular. Bu gün onu Badamdar qəbristanlığında torpağa tapşıracağıq".
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR