Qısa Hekayə
Atamın əllərini çəkim?
- Quzu bala, bu şəkildəki gəlincik, sənin gəlinciyindir? Qəşəng çəkmisən. Bir şəkil çək, elə bir şəkil ki, anan, atan və sən olasan o şəkildə.
- Yox...
Qızcığaz gəlinciyinin başına sığal çəkə-çəkə gözlərini yerə dikib dedi:
- Atamı çəkməyəcəm, atam anamı döyür.
Balaca qızcığaz qorxa-qorxa:
- Atamın əllərini də çəkim?
Leyla Namazova