"Şükürlər olsun ki, mən atamın bütün arzularını həyata keçirmişəm. Çətinliklər olsa da, bunu bacarmışam".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Aygün Şükürova deyib.
Sənətçi "Gün ortası" verilişində bildirib ki, ailə qurub ana olduqdan sonra sənəti atmamaq üçün çox çətinliklərdən keçib:
"Kaş mən bu gün bu sözləri atama baxıb deyərdim, amma inanıram ki, o məni görür. Şükürlər olsun ki, mən atamın bütün arzularını həyata keçirmişəm. Hər zaman mənə deyirdi ki, oxu, sənin gözəl səsin var. Mən oxuyurdum, o ağlayırdı. Ona görə də atamın balaca qızı Aygünə deyirəm ki, çox sağ ol.
Ailə qurdum,ana oldum, amma yenə də sənəti atmadım. Uşaq qucağımda ağlayırdı, mən qulaqcıq taxıb məşq edirdim. Bunlar hamısı sənəti sevdiyim üçündür". Bütün bu əziyyətlərin nəticəsində bu gün mən sənətdəyəm. O Aygünə həqiqətən də böyük alqış düşür".
Xatırladaq ki, müğənni Aygün Şükürovanın atası Arif Şükürov 2021-ci ildə koronavirusdan dünyasını dəyişib.
Aysel










































