“Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyib qohumunu öldürdü - Bir qətlin təfərrüatı

“Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyib qohumunu öldürdü - Bir qətlin təfərrüatı
SOSİAL
16:26 22.01.2022
473
Qazax rayonunun Aslanbəyli kəndində, 2020-ci ilin iyunun 28-də baş verən qətl hadisəsinin məhkəmə istintaqının təfərrüatı bəlli olub.

Oxu.Az məhkəmə sənədinə əsasən cinayətin törədilməsinə rəvac verən motivləri təqdim edir.

Aslanbəylidə bir ev var, bu ev, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun atasından miras qalıb. Baxımsızdır, amma nəticədə ata yadigarıdır və bu evin Fərrux üçün böyük mənəvi dəyəri var.

Mənəvi dəyərin şüurdakı ölçüsü və sərhədləri sonsuzdur, elə Fərrux da öz aləmində bu sonsuzluğun qəlbində əbədiyyət qazanması üçün həmin evə "toz qondurmur”.

Yəni, ata yadigarı olan ev baxımsız, boş olsa da, Fərrux üçün maddiyyatdan çox böyük mənəvi sərvətdir.

Lakin günlərin bir günü həmin evdən əxlaqsız məqsədlər üçün istifadə edildiyini öyrənir.

Fərruxa məlumat gəlir ki, həmin evdən tapılan cinsi əlaqə zamanı istifadə olunan qoruyucu vasitə və içində sidik olan butulka tapılıb.  

Fərrux bunu həzm edə bilmir, dərhal hərəkətə keçərək həmin evdən kimlərin başqa məqsədlərlə istifadə etdiyini araşdırmağa başlayır.

O, kəndə gələrək atasından miras qalmış evə baxan qohumu (anasının əmisi oğlu) Telman Əhmədovu sorğu-suala tutur.

Telman Əhmədovun suallara cavabı Fərruxu əsla sakit buraxmır, əksinə, alovlu düşüncələrinin üzərinə "benzin tökərək” şübhələrini Telman üzərində cəmləmək üçün əsaslar yaradır.

"Fərrux Telmanla söhbət edərkən onun danışığından və hərəkətlərindən şübhələnir. Məhz Telmanın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnir”, - deyə istintaq materiallarında bildirilir. 

İşin axırına çıxmağa çalışan Fərrux Telmanın yaxasından əl çəkmir, suallarına aydın cavablar tələb edir.

Bakıda yaşayan Fərrux bir neçə dəfə kəndə gəlib-gedir, ancaq Telman haqqındakı şübhələr onu rahat buraxmır.

Buna görə də, 2020-ci ilin iyunun 27-də Telmanın onların evindən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün konkret olaraq onu öldürmək qərarına gəlir.

Fərrux anasına və qardaşına heç bir söz demədən Qazaxa yollanır, Aslanbəyliyə çatdıqdan sonra Telmanın dükanına gedir.

Fərrux Telmanla mübahisə edir, ona "Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyir. Bu mübahisə Telmanın söyüş söyməsi ilə nəticələnir, dükanın qarşısında duran şəxslər Fərruxu oradan uzaqlaşdırır və imkan vermirlər ki, o, qohumuna yaxınlaşsın.

Bu barədə Fərruxun dayısına məlumat verilir, o gələrək Fərruxu geriyə yola salır. Ancaq emosiyalar daha da qızışır, elə bir həddə çatır ki, Fərrux Bakıya qayıdarkən yolda düşüb geri – Aslanbəyliyə qayıdır.

"Fərrux sprinterdən düşdükdən sonra Qazax istiqamətində yolla keçən digər avtobusa minib Telmanı öldürmək üçün Qazax şəhərinə gedir və mərkəzi bazarın yanında düşür. Heç kim onu narahat etməsin deyə mobil telefonunu söndürür. Mətbəx əşyaları satılan dükana yaxınlaşaraq rəngli açılıb-qatlanan bıçaq alır, onu cibinə qoyub Aslanbəyliyə yol alır”, - deyə istintaq materiallarında belə bildirilir.

Mindiyi taksini Telmanın dükanının qabağına sürdürən Fərrux avtomobildən düşən kimi bıçağını çıxarıb Telmanın üzərinə yeriyir. O, Telmana bir neçə dəfə bıçaq zərbəsi endirir və qohumunu qəsdən həyatdan məhrum edir.

Fərrux məhkəmənin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi