"Atamın rəqibi yoxdur" - Şahmalı Taciroğlu

"Atamın rəqibi yoxdur" - Şahmalı Taciroğlu
MAQAZİN
12:37 17.12.2025
127
"Atam sənətdə olan Əminə oyuncaqlarla oynayırdı!"
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Tacir Şahmalıoğlunun özü kimi müğənni oğlu Şahmalı deyib.
 
"Tarixin bir günü" verilişinə qatılan Şahmalı atası və müğənni Amina Şirin arasında yaranan qalmaqala münasibət bildirib:
 
"Mənim atama rəqib axtarmayın, o rəqibsizdir. Əgər dərinə getsək, 2000-ci illərdən nə oxuyubsa baxın, görün atam nələr edib bu sənət üçün. Onun etdiklərini edə bilsəniz, onda danışarsınız. Bir çox gənc müğənni mənim atamdan bəhrələnib bu sənətə gəlib. Əminə deyir ki, Tacir sənətkar deyil. O oyuncaqları ilə oynayanda mənim atam sənətdə əziyyət çəkirdi. O bu mövzu ilə özünü yaxşı reklam etdi".
 
Xatırladaq ki, tərəflər arasında qalmaqal Əminənin "Rəngarəng" verilişində "Ölüm haqqdır" adlı mahnını pulla aldığını və Tacirin oxuduğu eyni mahnını "Youtube"dan sildirmək hüququnun olmasını deməsi ilə başlamışdı. Tacir isə cavabında Əminə Şirini tanımadığını demişdi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR