Sizə 3 yaşım olanda qapımızın zəncirini Ayna nənəmə uzadıb "Siz niyə belə tez-tez xəstələnirsiniz?” soruşmagımdan danışmışam?
Bəs güzgünün qabagında heyvanlara həsr olunan veriliş aparmagımdan? Atamın səsini AZTV-də eşidəndə keçirdiyim qürur hissini və gələcəkdə jurnalist olacagıma dair qurdugum xəyalları danışmaga isə söz yetməz.
Onda anlamırdım ki, söz dogurdan da nəyəsə yetməyə bilər. Mən sözün böyüklüyünə, onun bütün məsələləri həll etməyə qadir qüvvəsinə sonsuz inamla böyümüşəm.
Söz adamı, şair, publisist, jurnalist atam isə məni bu aləmdən uzaqlaşdırmaq istəyirdi. Sakit ona məxsus səbrlə, aramla, xətrimə dəymədən… Amma, atam qərarlı oldugumu hiss edirdi.
"Sözlə işləmək çətindir. Bir müddətdən sonra yaza bilmədiyin sözlərin agırlıgını çiyinlərində hiss edəcəksən. Sonra yazı yazdıgın yerdə birdən sənə elə gələcək ki, bu cümləni nə vaxtsa yazmısan. Sən vaxt keçdikcə sözü sevəcəksən, onu boş-boşuna sərf edənlər isə daha çox olacaq. Bunu görüb əsəbləşəcəksən. Sən sözə qiymət verdikcə onu qiymətdən salanları qarşına alacaqsan. Söz həyatın olacaq, bir sənin həyatın isə onun əhəmiyyətini anlatmaga yetməyəcək. ”
Həqiqətləri aşkar edən, insanın özünə belə başa sala bilmədiyi "sevgini” anladan sözün nəyəsə yetməyəcəyini anlamırdım. 15 yaşım var idi. Məni başa düşmək olar. İndisə anlayıram.
Daha dogrusu atam rəhmətə gedəndə anladım.
Sözlə ifadə olunmayacaq o kədər bogazımı qurudanda, heç nə deyə bilmədiyimdə atamın nə dediyini anladım.
Atam, valideynə məxsus qaygı ilə mənim jurnalistin çətin işinə baş qoşmamagımı istəyirdi. Axı bir düzgün "söz” yazmaq üçün neçə saat çəkilişlərdə olursan, neçə nəfərlə sual-cavab edirsən, dinləyirsən, danışdırırsan, özün danışırsan və sonra bütün bildiklərini, 1 dəqiqəyə sıgışdırırsan. O bir dəqiqəni izləyəndə keçirdiyin hissləri anlatmaga isə söz tapmırsan. Sənin 1 elə olur ki, 10-15 günün tamaşaçının 2-3 dəqiqəlik vaxtını alır.
Jurnalist ən çoxu 2 dəqiqəlik reportajlardan ibarət həyatını neçə başa salsın? Hansı "söz” lərlə? Atam da teleiziya jurnalisti idi, o da həyatını sözün əhəmiyyətini başa salmaga həsr elədi. Özündən sonra unudulmayan, hələ də xatırlanan "söz” lər qoydu. O əsl sözadamı kimi yaşadı və öldü… Qəribədir söz isə ölmür. Çünki, "söz” ə əhəmiyyət verən insanlar bir-birlərini əvəz edirlər. Onların həyatı onun əhəmiyyətini anlatmaga yetməyə bilər. Keçirdiyimz hisslər qarşısında sözlər aciz qala bilər. Amma, sözü düzgün, məqamında istifadə edənlərə bütün cəmiyyətlərin ehtiyacı var.
Həsən bəy Zərdabidən bu yana "söz”ə əhəmiyyət verən, qiymətdən salmayan bütün qələm əhlinin bayramı mübarək!
