“Atan 10 günlük Türkiyəyə gedir, orada kasıblara kömək edəcək” - Kamildən qızına

“Atan 10 günlük Türkiyəyə gedir, orada kasıblara kömək edəcək” - Kamildən qızına
SOSİAL
21:50 12.05.2020
12758
Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.
 
AZXEBER.COM xəbər verir ki, o xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.
 
Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub.

İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib.

O sosial şəbəkədə yazıb: 

"Bu sözlər, mənə bu gün, çox pis təsir etdi.

Kamil məhkəmədən sonra övladı ilə telefonda danışdı: Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”.
 

 


OXŞAR XƏBƏRLƏR