Çində bir atanın 5 il boyunca qızına etdiyi işgəncə insanları dəhşətə gətirib.AZXBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, atası Li-yə işgəncələr verərək, onun dodaqlarını misnən tikərək, barmaqlarını iynə ilə oyaraq onu qaynar suda saxlayıb.
Ailəsi tərəfindən hələ körpə ikən atılmış Li bir müddət qohumların evində yaşayıb. Daha sonra atası qızına “sahib” çıxmaq niyyəti ilə onu özünün yaşadığı evə gətirib. İllər boyunca əziyyət görən, bədəninin hər yeri yara olan Li-nin atasından qurtuluşu isə tamamilə təsadüf olub. Belə ki, yolda balaca qızın kimliyini soruşan adam ona atası tərəfindən işgəncə edildiyini öyrənib. Daha sonra polisə olay haqqında məlumat verib. Nəticədə Li nəzarət üçün aparılıb. Atasına nə cəza veriləcəyi isə hələlik məlum deyil.