Bir neçə gün öncə Bakıda tələbənin intihar etməsi ilə bağlı xəbər vermişdik. Belə ki, 2003-cü il təvəllüdlü Səmədli Şəhriyar kirayə yaşadığı mənzildə intihar etmişdi. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi idi.
AZXEBER.COM xəbər verir ki, sözügedən tələbənin atası Şahin Səmədli isə oğlunun vəfatı ilə bağlı "Facebook” hesabında paylaşım edərək üzüntüsünü bildirib.
Mərhum tələbənin atası bunları qeyd edib:
"Nə tez getdin aramızdan. Axı sənin hələ böyük arzuların var idi:xarici universitetlərdə magistratura təhsili almağa hazırlaşırdın. Sənə o qədər ümidlərimiz var idi ki. Oxuduğun müddətdə heç atanı incitmədin. Öz işlərini özün gördün. Bəs nədən bizi tərk etdin? Atanın ürəyini yandırdın. Hər yerdə gözlərim səni axtarır, burnumun ucu göynəyir səndən ötrü. İndi ancaq sənə qovuşmaq həsrətilə yaşayıram. Allah sənə rəhmət eləsin, əziz balam”.
Aydın