Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...
SOSİAL
16:18 01.08.2025
1802
Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızının meyiti tapılıb. Bu hadisə ölkədə ciddi rezonansa səbəb olub.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo” ailə ilə bağlı bəzi məlumatları əldə edib.

Birinci qrup əlil olan 2002-ci il təvəllüdlü Səbinə Bayramovanın iflic olduğu müəyyənləşib. O danışa və gəzə bilmirmiş.

Mərhumun 2005-ci il təvəllüdlü qardaşı da var. O, əsgərlikdən yeni gəlib və Bakıda yaşayır. Onların anası 10 il öncə vəfat edib.

İntihar edən Məhəbbət Bayramov isə ikinci dəfə Günəş adlı qadınla ailə qurub. Onlar 6 il birgə yaşayıblar. Lakin övladları olmadığı üçün bundan 1 ay öncə ayrılıblar.

Səbinə Bayramovanın əlilliyi ilə bağlı aldığı müavinəti dəqiqləşdirmək üçün Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyə ehtiyacı olan ailə olduğuna görə DSMF tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi: "Belə ki, 2006-cı ildən serebral iflic diaqnozu ilə yataq xəstəsi olan 1-ci qrup əlil Bayramova Səbinə Məhəbbət qızına əlilliyə görə 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi. Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd ödənilirdi. Bununla yanaşı M.Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı Səbinə Bayramovanın isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.

Məlumata görə, evdən səs gəlmədiyini görən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüblər. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
10:36 29.10.2026
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
10:34 29.10.2026
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
10:30 29.10.2026
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
10:27 29.10.2026
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
10:26 29.10.2026
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
10:24 29.10.2026
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
10:23 29.10.2026
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
Azərbaycanda yeni ombudsman seçiləcək
10:19 29.10.2026
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
09:57 29.10.2026
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
09:43 29.10.2026
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
09:36 29.10.2026
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
09:11 29.10.2026
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi