Atasının şəhid olmasından 2 gün sonra dünyaya gələn Narin artıq xəstəxanadan çıxıb.
Xəbər verdiyimiz kimi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan 1987-ci il təvəllüdlü gizir Babayev Yaşarın 8 ildən sonra övladı dünyaya gəlib.
Atasının şəhidlik zirvəsinə ucalmasından 2 gün sonra dünyaya gələn Narin bugun artıq xəstəxanadan evə buraxılıb. 8 ildir övlad həsrəti çəkən ata təəssüf ki, doğulmamış adını qoyduğu övladını görə bilməyib.
Qeyd edək ki, Narının həkimi tanınmış ginekoloq Aytən Səfərovadır.
Narının xəstəxandan çıxarkən çəkilən fotolarını təqdim edirik:
Günel Hüseynli
AZXEBER.COM