Atasını öldürən qadının məhkəməsi başlayır

Atasını öldürən qadının məhkəməsi başlayır
SOSİAL
22:00 13.11.2023
181
Astarada atasını öldürməkdə təqsirləndirilən Rühəngiz Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
OXŞAR XƏBƏRLƏR