Atasının müalicəsi üçün yığılan pulları oyunlara xərclədi

Atasının müalicəsi üçün yığılan pulları oyunlara xərclədi
DÜNYA
19:30 24.08.2022
517
Çinin Sıçuan əyalətində 12 yaşlı Huanq adlı yeniyetmə xərçəng xəstəsi olan atasının müalicəsi üçün yığılan pulu oyunlara xərcləyib.

Milli.Az bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Oğul xəstəxanada olarkən atasının telefonundan istifadə edərkən ailə qohumlarının bağışladığı 3800 yuan (550 dollar) xərcləyib. Yeniyetmə Xiaomi Game Centre mobil telefonları üçün oyun platformasına pul köçürüb.

Xuanın pul xərcləməsini əmisi yeniyetmənin atasının ölümündən sonra müalicə xərclərini ödəməyə gedəndə aşkar edib. Xərclənən məbləğin qaytarılması tələbi ilə Xiaomi-yə müraciət edib və pul ailəyə qaytarılıb.

Xuan etdiyi hərəkətə görə üzr istəyib və peşman olduğunu bildirib. "Bizə kömək edən atama və yaxınlarıma yazığım gəlir", - yeniyetmə deyib.

Xuanın atası on il əvvəl həyat yoldaşı qəzada öləndən sonra ailənin tək pul qazananı olub. Yerli hakimiyyət orqanları atalarının ölümündən sonra Huan və 15 yaşlı qardaşının uşaq evinə göndərildiyini bildiriblər.
OXŞAR XƏBƏRLƏR