01:31 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

"Atasının oxumağına razı olmadığı gəncin təhsil haqqını mən ödəyəcəm" - Şəhid qızı

15:34, 20.08.20196716
Keçmiş müğənni Mehin Hümbətova bu il tələbə adını qazanan Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərinə götürüb.
 
Bu haqda AZXEBER.COM-a Mehin özü açıqlama verib.
 
Gənc ifaçı atası tərəfindən təhsil alması istənməyən və attestatı gizlədilən Orxana dəstək olacağını deyib: "Mən əslində bu haqda danışmaq istəmirəm, belə şeylərlə reklam olunmağı da sevmirəm. Həm də Orxan gənc oğlandır, xəbəri oxuyub pis ola bilər. Mən sadəcə ona dəstək olaraq, 4 il ərzində bütün təhsil haqqını ödəyəcəm. Sabah Orxanla görüşüb, sənədləşdirmə aparacağıq".
 
Qeyd edək ki, atası təhsil almasını istəməsə də, 18 yaşlı Orxan Bağrzadə Azərbaycan Dillər Universitetinə qəbul olub. O, artıq qeydiyyatdan keçib. Tərcümə (rus-fransız) fakültəsini seçən O.Bağırzadə ödənişli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır. Atası təhsil almağa qoymadığı üçün Orxan evi tərk edib. 
 
Xatırladaq ki, Mehin Hümbətovanın atası 1992-ci il Ağdərə uğrunda döyüşlərdə şəhid olub. 
 
Nazim Qasımzadə
 

 


XƏBƏR LENTİ